Eldar Mahmudov nurçu kəsimindən necə yararlanıb?

0
4

Sabiq nazir dini kəsimin əli ilə aksiyalar təşkil edirmiş

Politika.Az-da ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun nurçu kəsimi ilə əlaqəsindən, nəzarəti altına aldığı bu kəsimdən öz şəxsi məqsəd və maraqları üçün istifadə etməsindən bəhs etmişdik.

Bu günlərdə özəl mənbədən Politika.Az-a daxil olan məlumatda sabiq nazirlə nurçu kəsimi arasındakı əlaqə ilə bağlı ilginc məlumat daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, E.Mahmudov nurçuların əli ilə zaman-zaman ölkə paytaxtı və bəzi regionlarda müəyyən aksiya və təfriqələr yaradır, bununla da radikal dini kəsimin aktivliyi, bu kəsimin siyasi hakimiyyət üçün ciddi təhlükə kəsb etməsi ilə bağlı təəssürat oyatmağa çalışırmış. E.Mahmudov belə bir fikir yaratmağa çalışırmış ki, guya ölkədə hər an kütləvi silahlı mübarizəyə hazır olan, bir sıra İslam dövlətləri tərəfindən maliyyələşən çoxsaylı radikal kəsim mövcuddur və bu kəsimin hücum və planlarından dövləti qoruyan yeganə güc məhz MTN-dir.

Bilgili qaynağın sözlərinə görə, vaxtiylə Təhsil Nazirliyi və digər qurumlar qarşısında aksiyaların keçirilməsində də E.Mahmudovun böyük “xidmətləri” olub. Belə ki, E.Mahmudov ayrı-ayrı nazirlər, dövlət məmurları və siyasi hakimiyyətlə bağlı qurduğu mürəkkəb kombinasiyaların tərkib hissəsi kimi bu aksiyalardan uğurla istifadə etmiş, ictimai rəyi, eləcə də siyasi elitanın diqqətini bu aksiyalar vasitəsi ilə istədiyi məcraya yönəltmişdir.

Mənbənin bildirdiyinə görə, E.Mahmudov və dəstəsinin ifşasından sonra radikal dini kəsimin “yoxa çıxması” da proseslərin məhz sabiq nazir tərəfindən idarə edildiyini göstərir.