APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə, hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.
Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik “Twitter” səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: “Mən hazırda Adanadayam… Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib”, – deyə Çelik qeyd edib.
“Haber Turk” aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və “İncirlik” aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub.