İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında baş verən atışma zamanı 3 nəfər yaralanıb.
Bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.
“Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb”, – deyə, A.Aqaronyan bildirib.
APA