AB Rusiyaya qarşı sanksiyaları ləğv edir

0
4

Avropa Birliyi (AB) Rusiya iqtisadiyyatının müəyyən hissəsinə yönəlmiş sanksiyaları 2017-ci ildə ləğv edə bilər.

Bu barədə adı açıqlanmayan AB diplomatı “Röyter”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, sanksiyaların uzadılması getdikcə çətinləşir:

“Sanksiyaların davam etməsi üçün səsvermə getdikcə daha da çətinləşir. Sanksiyaların hamısını birdən qaldıra da bilmərik. Ancaq müəyyən qadağaların aradan götürülməsi üçün qərar verilə bilər”.

Diplomat sanksiya ləğvinin hansı sahəni əhatə edəcəyi barədə məlumat verməyib.

Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı maliyyə, enerji və müdafiə sahələrində sanksiyalar tətbiq edilib.