Mədət Quliyevdən işçilərinə xəbərdarlıq: “…Dərhal işdən qovulacaqsınız”

0
4

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlar qarşısında tələb qoyub.

Gununsesi.info-nun xəbərinə görə, Mədət Quliyev DTX əməkdaşlarının yol-hərəkəti qaydalarına ciddi riayyət etmələri, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlamaları barədə onlara tapşırıq verib.

General həmçinin bildirib ki, Yol Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilləri saxlanan DTX-çıların cərimədən yayınmaq üçün xidməti vəsiqələrini polisə göstərməsi barədə fakt aşkarlanarsa, həmin əməkdaş dərhal işdən kənarlaşdırılacaq.