“Nə Bill Klinton, nə mən, nə də başqa biri…” –Obamadan xalqa müraciət

0
4

ABŞ Prezidenti Barak Obama Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonu dəstəkləyib.

Obama mitinqə qatılaraq xalqı Klintona səs verməyə çağırıb. “Nə Bill Klinton, nə mən, nə də başqa biri… Bu günə qədər heç bir kişi və ya qadın ABŞ prezidenti olmaq üçün onun qədər hazır olmayıb. Xalq olaraq Hillari Klintonun seçkilərdə qalib gəlməsi üçün çalışacağıq”, – deyən Obama Hillarinin bütün maneələri keçdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd, sabiq dövlət katibi Hillari Klintonun namizədliyi rəsmən təsdiq olunub. Bununla da o, ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.