FED dünyanın gözlədiyi qərarı açıqladı

0
4

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra iyun ayında əmək bazarında müsbət tendensiya müşahidə olunub, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirib.

Bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamasında bildirilir.

Bildirilir ki, iyun ayında məşğulluğun artması olduqca yüksək olub, bundan başqa, təsərrüfat subyektlərinin xərcləri artıb. “İnflyasiya 2% səviyyəsindən aşağı olaraq qalır ki, bu da energetika sahəsində qiymət azalması ilə bağlıdır”, – deyə açıqlamada bildirilir.

***
22:25

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Apa.az