Bir sinifin 10 məzunu 600-dən çox bal yığdı

0
4

Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziya bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Belə ki, məktəbin xeyli sayda məzunu 600-dən yuxarı bal toplayıb.

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov bildirib ki, bu il məktəbi bitirən 42 şagirddən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, 600-dən çox bal toplayan 27 şagirdin 10 nəfəri bir sinifdə, 17 nəfəri isə digər bir sinifdə oxuyublar: “Son 8 ildir ki, bizim məktəb böyük uğurlara imza atır. Bu il ən yüksək nəticəmiz 690 bal oldu. Amma bizim istəyimiz tam alınmadı. Məzunlarımızdan 700 bal gözləyirdik”.