Ölkədə 10 xalça fabriki açılacaq

0
4

İlkin mərhələdə bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isəəyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu barədəİqtisadiyyat Nazirliyinin kollegiya iclasında məlumat verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Azərxalça” ASC-nin təşkili işləri cədvəl üzrə gedir. Bu müəəsisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir.

“Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı” layihəsi hazırlanıb.

“Azərxalca” ASC 5 may 2016-cı ildə təsis edilib. SC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. Hələlik Nazirlər Kabineti nizamnamə kapitalının həcmini müəyyən etməyib və o, dövlət qeydiyyatından keçməyib.