Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan uğursuz hərbi çevrilişdən sorna ilk dəfə Böyük Millət Məclisində deputatlar qarşısında çıxış edib.
İclas zalı dağıntılara məruz qaldığından dövlət başçısı mərasim zalında nitq söyləyib.
R.T.Ərdoğan çıxışında qiyamın yatırılması zamanı zorakılığa yol verilməsi barədə iddiaları təkzib edib.
“Biz Xarici İşlər Nazirliyi vasitəsilə baş verən hərbi çevrilişə cəhdlə bağlı videogörüntüləri bütün dünyaya yayacağıq. Ümid edirəm ki, bu videoları görəndən sonra xalqın iradəsi ilə seçilən hakimiyyəti diktatura, prezidenti isə diktator adlandırmayacaqlar”, – Türkiyə lideri bəyan edib.