Ermənistan yığması Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək.
Bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bəyan edib.
“Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməmək barədə qərar qəbul edib. Bu, bizim ümumi və yekun qərarımızdır”, – deyə o əlavə edib.
Dünya Şahmat Olimpiadası sentyabrın 1-də Bakıda start götürəcək. (Report)