İstanbulda izdihamlı mitinq başlayıb

0
20

Cümhuriyyət Xalq Partiyasının (CHP) çağırışı ilə bu dəqiqələrdə İstanbulun Taksim meydanında respublika və demokratiyaya dəstək mitinqi keçirilir.

Əllərində Türkiyə bayraqları Taksim meydanında toplaşan vətəndaşlar, “Türkiyə dünyəvidir, dünyəvi qalacaq”, “Mustafa Kamalın əsgərləriyik” və digər şüarlar səsləndirblər.

Mitinq ehtiram duruşu və Türkiyənin dövlət himni – “İstiqlal marşı”nın oxunması ilə başlayıb(azərtac).