Türkiyədə Fətullah Gülənin yaxın köməkçisi Halis Hancı həbs olunub.
Bu barədə prezident administrasiyası öz açıqlamasında bildirib.
Açıqlamada deyilir ki, Halis Hancı Fətullah Gülənin “sağ əli”dir. Onun Türkiyəyə hərbi çevrilişə cəhddən iki gün əvvəl gəldiyi bildirilir.
Qeyd edək ki, ötən gün Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid də hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq zamanı Ərzurum vilayətində saxlanılıb.