Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən 1200 hərbçi sərbəst buraxılıb

0
4

Türkiyənin paxtaxtı Ankarada dövlət çevrilişi cəhdində iştirak edən 1 200 hərbçi sərbəst buraxılıb.

Türkiyə KİV xəbər verir ki, bu barədə Ankarada dövlət çevrilişi cəhdinin istintaqını aparan prokurorluq qərar qəbul edib.

Ankara prokuroru Harun Kodalak jurnalistlərə bildirib ki, bəzi hərbçilər nəyə alət olduqlarını bilməyə bilərlər: “Xalqa atəş açmayan, onların üzərinə hərbi maşın sürməyən, nə olduğunu bilməyən hərbçiləri qısa müddətdə ayırd edəcəyik. Həmin xainlərin “Ergenekon”, “Balyoz” kimi cinayət işlərində etdikləri kimi, günahsız hərbçilərin cəza almasına imkan verməyəcəyik. Bizim araşdırmamız onlarınkına bənzəməyəcək. Biz ədalətli davranacağıq. Biz dövlətin prokurorlarıyıq, onlar isə təşkilatın hakim, prokurorları idilər”.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.