Tovuzda dəhşətli olay:evini yandıraraq intihar etdi

0
4

Tovuz rayonunun Qovlar qəsəbəsində yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, yanğın ev sahibi Vidadi Allahverdiyev tərəfindən törədilib.
Məlumata görə, yerli sakin evi yandırdıqdan sonra özünü asaraq intihar edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb. Nəticədə həyətdə olan maşın da zərər çəkib.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.