Türkiyədə FETÖ terror təşkilatının lideri Fərullah Gülənin qardaşı oğlu Məhəmməd Səid Gülən tutulub.
O, hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Ərzrum vilayətində saxlanılıb. Onun Ankaraya aparılması planlaşdırılır. O, terror təşkilatı üzvü olmaqda, 2010-cu ildə dövlət məmurluğuna qəbul üçün keçirilən imtahanlarda qanunsuzluq etməkdə təqsirləndirilir.