Yerevanda polis etiraz aksiyasını dağıtdı

0
4

Polis səhər saatlarında etiraz aksiyasını dağıdarkən xəsarət alanlar arasında jurnalistlər də var.

Bunu Ermənistan ombudsmanının ofisindən deyiblər. Məlumatda o da vurğulanır ki, Ermənistan ombudsmanı bu faktı pisləyir.

*   *   *10:08

Ermənistan hüquq-mühafizə orqanları Yerevanda silahlıların zəbt etdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, səhər tezdən saat 04-ə yaxın – nümayişçilərin sayının azaldığı vaxt polis Xorenatsi küçəsini onlardan təmizləməyə başlayıb.

Polis əvvəlcə nümayişçilərə dağılmaq üçün 15 dəqiqə vaxt verib, lakin bu tələbə əməl olunmadığından onları sıxışdırmağa başlayıb. Cəmi bir neçə dəqiqədən sonra küçə boşaldılıb. Onlarla adam, o cümlədən müxalif “Vətəndaş müqaviləsi” partiyasından deputat Nikola Paşinyan təzyiqlərə məruz qalıb.

Tiqran Metsa prospektində və Nar-Dosa küçəsindəki nümayişçilər də təzyiqə məruz qalıblar.

Aksiya dağıdılarkən 130-dan çox etirazçı saxlanılıb. Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, son məlumata görə, gecə Yerevanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.