Türkiyə Silahlı Qüvvələri qiyamçılarla bağlı bəyanat yaydı

0
4

“Bu zülmü və rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şərəflə dolu Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar”.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı yaydığı yazılı açıqlamada qeyd olunub.

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin əsgərindən generalına qədər bütün şəxsi heyəti demokratik hüquq sistemi içərisində dövlətin və uca millətin əmrində vəzifəsinin başındadır.