İranda hərbi obyektləri partlatmaq istəyən 40 terrorçu həbs edilib

0
4

İran təhlükəsizlik qüvvələri ölkənin şərq rayonlarında terror qruplaşmasının 40 üzvünü həbs edib.

IRNA-nın məlumatına  görə, bunu İranın daxili işlər naziri Əbdülrza Rəhmani-Fazli deyib. Məlum olub ki, terror qrupu yeraltı tunel qazaraq oradan hərbi təyinatlı bazaya yol çəkmək və oranı partlatmağı planlaşdırılıb.

Onun sözlərinə görə, şübhəlilər son iki gündə həbs ediliblər.

Nazir xüsusi əməliyyatın təfərrüatlarını açıqlamayıb.