Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyiləğv olunur

0
4

Azərbaycanda 3 xarici şirkət nümayəndəliyinin ləğv olunduğu elan edilib.  Bu barədə Vergilər Nazirliyinin mətbu orqanında məlumat verilib.

Bunlardan biri Rusiyanın “AKTAVİS” şirkətidir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 25 ünvanında bildirə bilərlər.

Digər şirkət Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED”dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 3, 15-ci km ünvanında bildirə bilərlər.

Nümayəndəliyi ləğv olunan 3-cü şirkət isə İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG”dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanında bildirə bilərlər. (Report)