Ramiz Tağıyev:”ANS-in bağlanmasını təqdir etmirəm”
Qardaş Türkiyə Cümhuriyyətində baş verənlərin müzakirəsi davam etməkdədir. Bununla bağlı ölkəmizin ilk müstəqil telekanalı sayılan ANS-in bağlanması da geniş müzakirə mövzusuna çevrilib. Baş verən proseslər haqda fikirlərini millətim.info ilə bölüşən CANP sədri Ramiz Tağıyev Milli Televiziya və Rsdio Şurasının telekanalı bir ay müddətinə bağlanması qərarından təəssüfləndiyini bildirib: “Həmin qərarı təqdir etmirəm. Açıq söyləyim, ANS-in bir zamanlar tarixi xidmətləri olsada, sonradan proseslərə daima müəmmalı mövqe sərgiləməyindən narazı qalmışam. Buna baxmayaraq bu gün telekanal barədə çıxarılmış qərarı yanlış hesab edirəm. Əvvəla, ANS yeganə telekanalımız oldu ki, qardaş cümhuriyyətdə baş verənləri operativ olaraq canlı yayımladı. İkinci, ANS müstəqil telekanal olaraq məhkəmənin barəsində qanuni hökmü qüvvəyə minərək, terroristliyi təsdiq edilməmiş şəxsdən mövqe öyrənmək hüququna malikdir. Üçüncü, ANS kanalı Ərdoğan iqtidarında təmsil olunan əksəriyyət kimi Fətullah Gülənlə uzun illər əməkdaşlıq etməyib. Mənim Gülənə, onun təliminə birmənalı nifrətim olub. Ancaq ona nifrət etmək heç də o anlama gəlməməlidir ki, onu danışmaq, mövqeyini açıqlamaq hüququndan məhrjm edəsən.Xatırlayırsınızsa bizdə qiyam edib,həbs olunmuş Surət Hüseynovdan müsahibə götürülüb,efirə buraxılmışdı. Digər tərəfdən, səhv etmirəmsə yaxın keçmişdə Ərdoğanın mənsub olduğu partiyadan olan millət vəkili PKK-nın kampına gedərək onlarla görüşmüş, həmin görüşlər Türkiyə telekanallarının əksəriyyətində nümayiş etdirilmişdi.
Ona qalsa, sayın Ərdoğanın rəhbəri olduğu Cümhuriyyətin telekalları üzərindən Azərbaycan barədə ölkəmizin rəhbərliyini sərt tənqid edən verilişlər yayımlanır. O, demokratiyanın təzahürü sayılır, ANS-in hələ efirə getməmiş çəkilişi terrora dəstək?
Ümumiyyətlə, bu arada çoxları unutqanlıq edir. Bir zamanlar polkovnik Surət Hüseynovun hərbi qiyamını xalq hərəkatı adlandıranlar, indi Türk generallarını, Mehmetcikləri xain adlandırıb, kimlərəsə yarınmaq istəyirlər. O ki, qaldı mənim mövqeyimə, hərbi və digər çevrilişlərin qəti əleyhinəyəm. Ancaq Türkiyədə baş verənlərdə Ərdoğan iqtidarının suçsuz olmadığının fərqindəyəm. 10 ildən artıq Türkiyəni idarə edən iqtidarın qiyama yol açan durum yaratması böyük başarısızlıqdı. Normal demokratik cəmiyyətdə qiyamların, çevrilş cəhdlərinin baş verməsi dünya praktikasında demək olar ki,rast gəlinməyib”
Turan Türk