Referendum ölkəyə nə vəd edir?

0
4

“Azərbaycanda ciddi islahatlar həyata keçiriləcək”.

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamı şərh edərkən bildirib.

O, qeyd edib ki, bu sərəncamda əsas məqsəd vitse-prezident institutunun yaradılmasıdır: “O cümlədən də prezident yaşının 35-dən 30-a, millət vəkillərinin isə yaş həddinin 25-dən 18-ə endirilməsi məsələləri önə çəkilib. Bundan başqa, struktur islahatlarının həyata keçirilməsinə başlanılacaq. Hesab edirəm ki, Prezident bu islahatlarla bağlı vaxtında addım atdı”.

V.Əhmədov bildirib ki, Azərbaycanda vitse-prezident institutunun yaradılmasına ehtiyac var: “Bu institutların yaradılması daha çox konkret məsələlərlə məşğul olmaq, həm xaricdə, həm də daxildə Azərbaycanın maraqlarını müdafiə etmək və s. referendum aktında öz əksini tapacaq. Hesab edirəm ki, bunlar müsbət addımlardır”.