MİT qiyamın olacağından xəbərdar imiş- Ərdoğana qarşı əməliyyat keçirən 25 xüsusi təyinatlı hələ də tapılmayıb

0
5

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ölkədəki hərbi çevriliş cəhdindən xəbərdar imiş.

MİT qiyamdan bir neçə saat əvvəl – Türkiyə vaxtı ilə saat 16.00-da xəbər tutub və dərhal bu barədə Silahlı Qüvvələrin Baş Qərargahına məlumat verib.

Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında yayılıb: «Dərhal hərbi təyyarələrin Türkiyə ərazisində uçmasına qadağa qoylulub. Bununla yanaşı, hərbiçilərə bütün nəqliyyat vasitələrini dayandırmaq əmri verilib».

Məlumata görə, Türk ordusu hadisə günü Marmarisə – prezident Rəcəb Tayyib Ərdoğanla bağlı əməliyyat keçirməyə gedən 25 xüsusi təyinatlını və 2 hərbi vertolyotu hələ də tapa bilmir.

Ehtimal olunur ki, hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnəndən sonra xüsusi təyinatlılar yaxınlıqdakı meşələrdə gizləniblər.