Gənc qalmaq istəyirsinizsə, bu qidaları yeyin – SİYAHI

0
4

Zamanı durdurmaq mümkün deyil, amma doğru qidalanaraq daha sağlam və gənc görünə bilərsiniz.

Siqaret istifadəsi və günəş şüalarına çox məruz qalmaq erkən yaşlanmaya səbəb olduğu qədər, qidaların da qocalmanın qarşısını almaq xüsusiyyətləri var. Nə yediyiniz sizin necə görünmənizə təsir edər. Daha gənc görünməyi təmin edən o möcüzəvi qidaları təqdim edirik.

Çöl qarağatı:

Çöl qarağatı hafizəni gücləndirən flavonoidlərlə zəngindir. Səhər yeməyində 4 qaşıq yulaf əzməsi və 1 stəkan südün içinə 1 ovuc çöl qarağatı qatıb yemək yaşlanmanın qarşısını alacaq.

Somon balığı:

Somon balığının tərkibində bol miqdarda omega-3 yağ asidi və sərbəst radikallara qarşı təsirli bir piqment olan astaksantin var. Sərbəst radikallar DNA və hüceyrə membranına zərər verərək erkən qocalmaya səbəb olur. Bu xüsusiyyəti ilə somon balığı dərini  yaşlanmağa qarşı qoruyur. Həftədə 1-2 dəfə yemək məsləhətdir.

Çərəzlər:

Qoz, badam və fındığın omega-3 yağ asitləri və A vitamini ilə zəngin olduğu məlumdur. Yağlı toxumlar zəngin membran yaradaraq, dərinin nəmli və yumşaq olmasını təmin edər. Eyni zamanda, qırışların qarşısını alar. Sağlam və gənc bir dəri üçün bu qidalardan gündə 1 ovuc yeyin.

Pomidor:

Likopen piqmenti ehtiva edən pomidor bu xüsusiyyətləriylə dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan güclü bir antioksidan funksiyası daşıyır. Bu da dərini qorumaq baxımından günəş kremi təsiri göstərir. Mövsümündə bol-bol yeyin.

Sitrus meyvələri

Kollogen, dəri sağlamlığı və parlaqlığında önəmli rola malikdir. Əgər gənc görünən dəriyə sahib olmaq istəyirsinizsə, bədəninizdəki kollogenin dağılmasına mane olmalısınız. C vitamini ilə zəngin olan sitrus meyvələri kollogen istehsalını dəstəkləyir. Eyni zamanda hüceyrə ölümünün qarşısını alan və günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyan flavonoidlərlə də zəngindir. Hər gün 1-2 pors yeməyə çalışın.

Yaşıl yarpaqlı tərəvəzlər:

Kələm, ispanaq, çuğundur yarpağı, kahı və başqa yaşıl yarpaqlı tərəvəzlər tərkibindəki  lutein sayəsində dərini günəşin zərərli təsirlərindən qoruyur və qırışların yaranmasına mane olur. Hər gün bol-bol yeyin.

Tam taxıllı məmulatlar:

Vitamin, mineral, antioksidan, lif və proteinlə zəngindir. Bu tərkib də dəriyə sağlam bir parlaqlıq qazandırır. Əsas və ara öyünlərdə gündəlik 3-4 pors yeyin.

Qara şokolad:

Qara şokolad kakao və dolayısıyla flavonoid ehtiva edir. Bu da diabet, yüksək təzyiq və ürək-damar xəstəliklərinin qarşısını almaqda faydalıdır. Qara şokolad yesəniz, sağlam ürəyə və gənc görünümlü dəriyə sahip olarsınız. Həftəyə 3-4 ədəd kvadrat şəklində qara şokolad yeyin.

Qara üzüm:

Qırmızı şərabın daha sağlam və parlaq bir dəriyə səbəb olduğunu eşitmisinizmi? Bu, doğrudur. Qırmızı şərabın bu xüsusiyyəti tərkibindəki qara üzümdən qaynaqlanmaqdadır. Həftədə 1 ovuc tumlu qara üzüm yemək, dərinizin günəş şüalarının zərərli ultrabənövşəyi şüalarından qorunmasını təmin edər.

Aile.lent.az