Yevlax rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 01.57-də, Mingəçevirdən 16 km cənub-qərbdə, Yevlax rayonu ərazisində zəlzələ qeydə alınıb.
29 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.4 olub.
Zəlzələ hiss olunmayıb.