Türkiyədə hərbi çevrilişə cəhd etməkdə təqsirləndirilən İncirlik aviabazasının komandanı Bəkir Ərcan Vanın saxlanılmadan öncə ABŞ-dan sığınacaq tələb etməsi aşkarlanıb.
Strateq.az xəbər verir ki, ABŞ-ın “New York Times” qəzeti İncirlik aviabazasının komandanı Bəkir Ərcanın çevriliş cəhdinin uğursuz olması ilə birlikdə ABŞ-dan sığınacaq tələb etdiyini yazıb.
Amerikalı məsul şəxslərin sığınacaq tələbini rədd etməsindən sonra ABŞ-a getmək ümidini itirən Bəkir Ərcan dünən saxlanılıb.
Hərbi çevriliş etməyə cəhd edən general Ankara və İstanbulda “F16” qırıcı təyyarələrin havada qalması üçün tanker təyyarələr təşkil etməkdə günahlandırılır.