Amerikadan Türkiyəyə vacib xəbərdarlıq

0
7

ABŞ Dövlət katibi Con Kerri televiziya proqramında Türkiyə ilə bağlı sualları cavablandırıb.

“Görünən odur ki, Ərdoğan hərbi çevrilişin qarşısını almağı bacarıb. Bilirəm ki, ABŞ demokratik seçkilərlə seçilən hökuməti dəstəkləyir. Amma siz əminsiniz ki, Ərdoğan bundan istifadə edərək öz gücünü artırmayacaq və demokratiyaya daha çox zərər verməyəcək? Təbii ki,onun bunu etməməyi çox önəmlidir,əgər edərsə, bu vəziyyət NATO, Avropa və hamımızla çox çətin bir problem yaradar. Onlarla əlaqə saxlayaraq, demokratik vəziyyətlə bağlı şübhələr yaradacaq qədər çox irəli getməmələri barədə tələb irəli sürdük. Ümid edirəm ki,bu formada bitməz”, – deyə Con Kerri bildirib.