Türkiyənin qiyam tarixi: Devrilən liderlər, edam edilən nazirlər…

0
8

Bu gecə Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisələri bütün dünya KİV-lərinin gündəmini zəbt edib. Qiyam cəhdinin qarşısı alınsa da, Türkiyədə vəziyyət gərgin olaraq qalır.

Türkiyədə bu kimi hadisələr tarix boyu bir neçə dəfə təkrarlanıb. Bundan öncəki hakimiyyətlər dövründə də çevriliş cəhdləri qeydə alınıb.

Türkiyədəki hərbi çevrilişlərin tarixi Cümhuriyyətdən əvvələ gedib çıxır.

Sultan Məhmətə qarşı 1446-cı ildə əsgərlərin etirazı ilə Osmanlıda hərbi çevrilişlərin əsası qoyulub. Sultan Məhmətdən sonra demək olar ki, bütün sultanlar hərbi çevrilişlərə məruz qalıb. Qeyd edək ki, 12 Osmanlı sultanı hərbi çevriliş nəticəsində taxtdan endirilib.

Osmanlı dönəmində 1446-cı ildə Sultan Məhmətə qarşı keçirilən hərbi qiyam 1913-cü ildə II Əbdülhəmidin sarayını ələ keçirib, taxtdan endirilməsi ilə başa çatıb. İmperiyanın süqutundan sonra 1923-cü ildə cümhuriyyət qurulsa da, hərbi çevrilişlərə son qoyulmayıb.

1961, 1970 və 1980-cı illərdə yendiən hərbi çevrilişlər olub. Türkiyə müstəqillik qazandıqdan sonra, dəqiq desək 1960-cı ilin yazında əhali Ankarada etiraz nümayişlərinə çıxıb. Həmin ildə hərbiçilər hakim Demokrat Partiyasının rəhbərlərini həbs edib və baş nazir Adnan Menderes, maliyyə və xarici işlər naziri edam olunub.

Hərbi çevrilişdən sonra dövlətin idarəçiliyi ordu generalı Camal Gürselin rəhbəri olduğu Milli Təhlükəsizlik komitəsinə keçib. 15 oktyabr 1961-ci ildə Türkiyə konstitusiyasına dəyişiklik edilib. Beləliklə, 1924-cü ildə qəbul olunan Türkiyə Cumhuriyyətinin konstitusiyası ləğv olunub. 1960-cı ildə hərbi çevriliş ilə iqtidara gələn Camal Gürsəl 1966-cı ilə qədər prezident vəzifəsini icra edib.

Eyni zamanda 1971-ci ildə ordu baş nazir Süleyman Dəmirəli istefaya getməyə məcbur edib. Nəticədə hərbçilərin təzyiqi nəticəsində Konstitusiyaya dəyişiklik edilib və orduya xüsusi səlahiyyətlər verilib. Üzərindən 9 il keçdikdən sonra hərbiçilər solçu və sağçı qüvvələrin silahlı münaqişəsindən sonra hakimiyyəti ələ keçiriblər. Həmin hadisələr zamanı solçu-sağçı toqquşmalarında 5 mindən çox insan həyatını itirib.

1980-ci ildə ölkənin onlarla vilayətində hərbi vəziyyət elan olunub və hakimiyyət çevrilişi baş verib. Bu zaman general Kənan Evrən başda olmaqla hərbçilər hakimiyyəti ələ alıb.

1980-83-cü illər ərzində hərbçi hökumətin göstərişi ilə 230 min nəfər həbs edilib, 14 min nəfər vətəndaşlıqdan məhrum olunub. Hərbi çevrilişdən sonrakı 3 il ərzində əhəmiyyətli qanunların bir çoxu dəyişdirilib və hərbi rəhbərliyin təyin etdiyi Məşvərət Məclisi tərəfindən hazırlanan Konstitusiya, 1982-ci ildə keçirilən və əleyhinə kampaniya aparmağın qadağan olunduğu “idarə olunan” referendumda, yüzdə 92 faizlik “Bəli” səsi ilə böyük fərqlə qəbul edilib. Eyni xalq səsvermə ilə Kənan Evrəni avtomatik olaraq prezident seçib.

Qəbul edilən qanunla hərbi çevriliş edən rəhbərlik üzvlərinin ömür boyu mühakiməsinə maneə olan, müvəqqəti 15 maddə, 2010-cu il Türkiyə konstitusiya dəyişikliyi referendumuna qədər qüvvədə qalıb.

1997-ci ildə hərbiçilər Türkiyənin baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar ediblər. 18 iyun tarixində Nəcməddin Ərbəkan baş nazir vəzifəsindən istefa verib. Bu gün Türkiyə mediası bu hadisəni “28 fevral post-modern hərbi çevriliş” də adlandırır.

2007-ci ildə AKP-nin hakimiyyətə gəlməsindən 5 il sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı mətbuat üçün açıqlama yayaraq ordunun “Atatürkçülüyə, dünyəviliyə və respublikanın təməl prinsiplərinə sözdə deyil, əməldə sadiq olduğunu” bəyan edib. Bu addım əsgərlərin hakimiyyətə açıq təzyiqi, Ərdoğanı devirməyə hazırlığı kimi dəyərləndirilmişdi. Ərdoğan ordunun təzyiqləri qarşısında geri çəkilmədi və mövqeyini qorudu.
AzVision.az