Rusiyanın Müdafiə Nazirliyi avqust ayında Krım yarımadasına S-400 «Triumf» raket kompleksləri yollayacağını bildirib.
Krımın hökumət başçısının müavini Ruslan Balbek RİA «Novosti»yə bildirib ki, bu raket komplekslərinin gətirilərək burada quraşdırılması faktiki olaraq Krım səmasını istənilən hücuma qarşı təhlükəsiz edir.
Onun sözlərinə görə, S-400-ün Krımda mövcudluğu Qara dənizdəki NATO aviasiyasını daim gərginlikdə saxlayan amil olacaq.