“Xalq meydanlara çıxıb Ərdoğanın istefasını tələb etsəydi, Prezident ordunu xalqın üstünə göndərərdimi?”
Bu sözləri Canımız Azərbaycan Naminə Partiyasının sədri qardaş Türkiyə Cümhuriyyətində çoxlu sayda insanın həlak olması və yaralanması ilə yatırılan hərbi qiyama münasibət bildirərkən deyib:
“Hərbi çevriliş yatırılsada, Ərdoğan iqtidarının bir çox suallara aydınlıq gətirməsi lazımdır. Əvvəla,Türkiyədə qardaş qırğınının səbəbləri aydınlaşdırılmalıdı. Çoxlu sayda generalın, yüksək rütbəli ordu rəhbərlərinin Türkiyə iqtidarına belə barışmaz münasibət sərgiləməsinin kökündə nə dayanıb?
Görəsən, xalq meydanlara çıxıb Ərdoğanın istefasını tələb etsəydi, Prezident ordunu xalqın üstünə göndərərdimi? Görəsən, Ərdogan iqtidarı xalqın dəstəyindən ruhlanıb,müxalifəti biryolluq lazımsız bilməyəcək? Bütün hallarda Türk dövlətçiliyinin ağır sınaqdan çıxa bildiyindən məmnunan. Kaş ki,qardaş qanı axıdılmayaydı. Unutmaq lazım deyil ki, dünyasını dəyişənlərdə, yaralananlarda, hətta həbs olunanlarda Türklərdi.
Tanrı bütün Türkləri qorusun! Dünyasını dəyişənlərə rəhmət diləyirəm. Başın sağ olsun Türkiyəmiz! Kecmiş olsun!”