PKK-ya qarşı müharibəyə komandanlıq edən ordu generalına “xain” damğası vuruldu

0
7

Türkiyədə hərbi çevriliş cəhdinə görə həbs edilən 2-ci ordu komandanı, ordu generalı Adəm Huduti ölkənin cənub-şərqində PKK-ya qarşı aparılan hərbi əməliyyatlara komandanlıq edib. 

Virtualaz.org verir ki, general Adəm Huduti Kosovoda anadan olub, 90-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Türkiyəyə sığınıb. Hərbi məktəbi bitirdikdən sonra türk ordusunda xidmətə başlayıb. General Huduti Şırnak və Diyarbəkir bölgələrində PKK-ya qarşı aparılan hərbi əməliyyatlara komandanlıq edirdi. Onun hərbi çevriliş cəhdindəki rolu barədə məlumat verilmir. Bununla belə hökumətyönlü KİV-lər Adəm Hudutinin “Fətullah Gülənin terror təşkilatına mənsubluğu” barədə yazır və onu “xain” adlandırır.

Bu dəqiqələrdə Ankarada parlament binası qarşısına toplanmış hakimiyyət tərəfdarları qarşısında baş nazir Binəli Yıldırım çıxış edir. Kütlə onu “Allahü Əkbər” hayqırtıları ilə dəstəkləyir.