Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi qalacaq.
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada jurnalistlərə açıqlamasında deyib.
“Ermənilər heç vaxt həqiqəti dəyişə bilməyəcəklər. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır”, – B.Yıldırım bildirib.
Baş nazir qeyd edib ki, “Qarabağ hər qarış torpağında azərbaycanlıların izi, mədəniyyəti var”.
“Mən istəyirəm ki, hər kəs bilsin: Azərbaycanın dostu dostumuz, düşməni isə düşmənimizdir. Azərbaycan torpaqlarının işğalı ədalətsizdir. Qaçqınlar və məcburi köçkünlərin tez bir zamanda öz evlərinə qayıtmalıdırlar. Türkiyə bunun üçün əlindən gələni edəcək”, – B.Yıldırım əlavə edib.