Azərbaycan Xalq Cəhbəsi-imperiyanı dagıdan təşkilat!

0
8

Ramiz Tağıyev

Bəlkə də qardaş Türkiyə Cümhuriyyətində baş verən faciə fonunda təbrik yerinə düşmür. Ancaq bizim üçün özəl olan tarixi bir gündə keçdiyimiz şərəfli mübarizə yolu münasibətilə hərəkatçı qardaşlarımı təbrik etməyi özümə borc bildim. Düz 27 il öncə ölkəmiz tarixinin ən böyük təşkilatını-Azərbaycan Xalq Cəbhəsini yaratdıq. Həmin təşkilatı ki, millətimizə öz kimliyini -Türklüyünü xatırlatdı. Türkiyənin qardaş Cümhuriyyətimiz olduğunu bəlirlətdi.

Xalqı SSRİ adlı imperiyanın zülmündən qurtarmağa səslədi. Sirr deyil ki, bəziləri azadlığın bizə verildiyini deyir. Tarix isə əksini-azadlığın heç bir zaman hədiyyə verilmədiyini, mübarizəylə alındığını təsdiq edib. Təbii ki, mübarizəmizi inkar edənlər azadlığın hədiyyə ediləcəyini bizdən öncə bilməliydilər, çünki, onları imperiyaya bağlayan bir çox amillər movcud idi. Sual doğur; bəs, onda nədən onlar üç rəngli bayrağı qaldırıb, imperiyaya meydan oxumağı lazım bilmədilər?Cavab düşünürəm ki, hər kəsə bəllidir…

Əziz Qardaşlarım, sizlər silaha sarılıb, düşmənlə savaş meydanına atılmaqdan da çəkinmədiniz. Azərbaycan Xalq Cəbhəsi minlərlə şəhid verdi. Ruhları şad olsun! Bəli, birlikdə şərəfli mübarizə, döyüş meydanları keçdik. Bizlər villa peşində olmadıq, silah-sursat peşində olduq ki, düşmən qarşısında duruş gətirək. Bugün hamımız çörəklə sınağa çəkilsək də, sınmadıq. Günahsız zindanlara atılsaq da, təskinlik tapdıq ki, həmin məkan da müstəqil dövlətimizə məxsusdur. Düzdür, indi AXC adı altında siyasi dəllallıq edənlər çoxalsada, onların heç biri SSRİ imperiyasını dağıdan AZƏRBAYCAN XALQ CƏBHƏSİNİ əvəz edə bilməz.

Sizləri təbrik edirəm hərəkatçı, mübariz Qardaşlarım!Tanrı Sizləri qorusun! Böyük Bəyimizin-AXC-nin inkaredilməz lideri Əbülfəz Elçibəyin ruhu şad olsun!

1