Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni meqa fakültə yaradılıb.
Universitetdən Strateq.az-a verilən məlumata görə, bununla bağlı qərar Elmi Şurada qəbul edilib.
Qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb:
“Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək. Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib”.
Qeyd edək ki, bundan öncə UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb.