Fransa terroru:Belçika 20 vətəndaşından, Almaniya 28 məktəblisindən xəbər ala bilmir

0
6

Fransadakı teraktda ölənlər arasında 8 xarici ölkənin vətəndaşı var.

Strateq.az xəbər verir ki, «Le Figaro» qəzeti onlardan birinin Rusiya, birinin Ermənistan, üçünün Almaniya, ikisinin ABŞ, birinin Ukrayna, birinin Əlcəzair, birinin Mərakeş, birinin də İsveçrə vətəndaşı olduğu barədə məlumat yayıb.

Eyni zamanda Belçika Xarici İşlər Nazirliyi ölkəsinin 20 vətəndaşından xəbər ala bilmədiyini bildirib. Almaniya isə Nitsada tətildə olan 28 berlinli məktəblidən hələ də xəbər ala bilmir.

Ölənlər arasında bir müəllimə və iki qız şagirdin həmin qrupdan olduğu bildirilir.