Türkiyə Ağrı vilayətində İranla sərhəddəki Gürbulaq nəzarət-buraxılış məntəqəsini bağlayıb.
“Hürriyət” qəzeti yazır ki, buna səbəb kimi terror təhlükəsi göstərilir.
Hüquq-mühafizə orqanları ehtimal edilən partlayıcı qurğunun hissələrini Gürbulaq yaxınlığında tapıb.
Ərazi dövrəyə alınıb. Hadisə yerində minaaxtaranlar işləyirlər.