Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 24 milyon 727 min manat azdır.
Cari ilin yanvar-iyun aylarında büdcəyə 661 milyon 742 min manat vəsait ödənilib.
Bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürülüb.
Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 101,9% çox olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 532 min manat təşkil edib.