Sabah hava necə olacaq?

0
6

Azərbaycanda sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 70-80 %,  gündüz  50-60  % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz  33-38° isti,  dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.