“Son günlər Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda sarıqarpızın becərilməsi ilə bağlı məlumatlar yayımlanmaqdadır. Bir çoxlarıbunu qeyri–adı hal kimi qəbul edir. Bəzi şəxslər isəbu məhsulun Geni Modifikasiya Olunmuş (GMO) məhsul olması ilə bağlı əsassız fikirlər səsləndirirlər. Əslində sarı qarpız “Qabaqkimilər”fəsiləsinə aiddirvə yabanı qarpızla adi qarpızın çarpazlaşdırılmasınəticəsində alınıb”.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib. Xidmət rəisinin sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və toxumların mət daxilində az olmasına görə fərlənir:
“Belə qarpızlar əvvəllər Tailandda, İspaniyada becərilirdi və qırmızı qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir. Qarpızın tərkibində olan A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir, C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir, dəmir isə qanı az olan və anemiya xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq mayelərdən və çöküntülərdən təmizləyir”.
Camal Quliyev meyvənin tərkibində yağ və xolesterinin olmadığını, həmçinin az kaloriliri məhsullara aid edildiyini diqqətə çatdırıb: “Buna görə də bu qarpızdan arıqlama məqsədi ilə və atiskleroz zamanı istifadə etmək mümkündür. Mətbəxdə əsasən desertlərin və mürəbbələrin hazırlanmasında da geniş istifadə olunur. Qeyd edək ki, bu məhsuldan istifadə bəzi insanların psixologiyasına mənfi təsir göstərə bilər. Buna görə də həmin şəxslərin bu qarpızdan istifadə etməmələri məsləhət görülür”.
DFNX rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində də adi qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna bilər: “Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə yoxdur və uzun illərdir ki, dünya miqyasında məti ağ və yaşıl qarpız sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması yayılan məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq olunmayıb”.