AZAL-dan aeroportdakı təhlükəsizliklə bağlı –Açıqlama

0
7

İstanbulda Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra paytaxt Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Bileti olmayan şəxslər hava limanına buraxılmır, hər kəs ciddi şəkildə yoxlanılırdı. Ötən gündən etibarən bileti olmayan şəxslərin hava limanına daxil olmasına icazə verilib.

Bu barədə “Azərbaycan Hava Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

O qeyd edib ki, təhlükəsizliklə bağlı bu günə qədər yalnız bilet alan şəxslər terminalların binasına buraxılırdı: “Lakin bu gündən etibarən sərnişinləri yola salan və qarşılayan insanlar terminalların binasına girə bilərlər”.