Tərxun dəmləməsi. Qurdları öldürür, immuniteti və sinir sistemini möhkəmləndirir

0
8

Tərxun qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Tərxun fotonsidlərlə zəngindir.

Fitonsidlər iltihablarla mübarizə aparır. Həmçinin tərxunun qurdəleyhinə təsiri var, sinir sistemi üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir.

Sizə tərxundan hazırlanmış çox faydalı və dadlı dəmləmənin reseptini təqdim edirik.

100 qr tərxun və 2 orta ölçüdə limon götürülür. Tərxunu xırda, limonu 2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l qaynar su əlavə edin. Dəmləməni vam odda qaynayana qədər qızdırın, 1-2 dəqiqə ərzində qaynadın, sonra oddan götürüb termosa tökün və 1-2 saat ərzində dəmləyin. Daha sonra dəmləməni süzün, şüşə qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal və ya bal olmadıqda şəkər tozu (az miqdarda) əlavə edin. Çox dadlı və faydalı içki alınır.