Şok iddia: Azərbaycanlı polislər və ailə üzvləri İŞİD-in hədəfindədir

0
8

Türkiyə ilə Avropa ölkələrində terror aktları törətmək istəyən İŞİD öz fəallarını Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyə başlayıb.

AzNews.az xəbər verir ki, sözgedən iddia ilə Türkiyənin “Milliyet” qəzeti çıxış edib. Qəzetin “İŞİD-in yeni marşrutu” başlığıyla dərc etdiyi məqalədə qeyd edilir ki, təşkilatın son dövrdə Azərbaycan və Şimali qafqazlı nümayişçilərinə Türkiyə və Azərbaycanda aksiya keçirmək üçün tapşırıq verdiyi müəyyən edilib.

İddialara görə, Atatürk hava limanında baş verən dəhşətli terror aktından sonra yenidən dünya və ictimaiyyətin gündəminə gələn İŞİD-in yeni aktlarıyla bağlı vacib məlumatlar əldə olunub. “Milliyet”ə daxil olan məlumatda bildirilir ki, Xüsusi Xidmət Oqanları Koalisiya Qüvvələrinin əməliyyatlarına görə Suriyadakı fəaliyyəti zəifləyən İŞİD həm Avropa ölkələrini, həm də Türkiyəni yeni terror aktlarının hədəfinə çeviribş

Türk xüsusi xidmət orqanlarının xarici ölkələrin xüsusi xidmət orqanlarıyla birgə çalışmaları nəticəsində İŞİD-in son dövrdə Avropa və Türkiyəyə “intihar fəalları” göndərdiyi ortaya çıxıb.

25 nəfərlik qrup

İŞİD-in sözügedən “canlı bomba” aksiyaları üçün tapşırıq verdiyi kadrların təminatını yeni marşrutlar üzərindən həyata keçirdiyi də daxil olan məlumatlar sırasındadır.

Avropaya gedəcək İŞİD-çilərin Azərbaycan, Kipr və Gürcüstan üzərindən ötürüldüyü müəyyən edilib.

Xüsusi xidmət orqanları Türkiyənin İŞİD-ə qarşı hərbi fəaliyyətləri və təşkilata qoşulmaq istəyənləri tutmasına görə hədəf olmağa davam edəcəyinə dair məlumat əldə edib. Eyni zamanda, Türkiyədəki əməliyyatlarda bir çox İŞİD-çinin kimliyinin ifşa olunmasına görə 20-25 nəfərlik yeni qrup yaradıldığı, bu qrupun qısa müddət öncə Türkiyəyə köçürülməyə çalışıldığı müəyyənləşdirilib.

Baş polis idarəsi bu hadisələrlə bağlı aprel ayında rayon polis idarələrinə xəbərdarlıq yazısı göndərib.

Azərbaycanlı İŞİD-çilər

Türkiyənin Baş Polis İdarəsi iyun ayında rayon polis idarələrinə göndərdiyi başqa bir yazıyla Azərbaycan və Qafqaz mənşəli İŞİD nümayişçiləriylə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, sözügedən İŞİD-çilərin Azərbaycandakı hücumlarının hədəfi polislər və ailə üzvləridir.

Sui-qəsd formasında teror aktları

Atatürk hava limanındakı hücumdan sonra rayon polis idarələrinə göndərilən yazılı xəbərdarlıqda təşkilatın yeni hədəflərinə dair məlumatlar da yer alıb. 30 iyun tarixli yazıda Ankara və İstanbuldakı İŞİD-çilərin dövlət binaları, hərbi və hüquq-mühafizə orqanlarına aid yerlərdə partlayıcı yüklü maşınlarla hücuma hazırlaşdıqları qeyd edilib. Həmin yazılı xəbərdarlıqda İŞİD-in Ankara, İstanbul və İzmirdə çalışan kürd əsilli dövlət vəzifəliləri, jurnalistlər, hərbçilər və kəşfiyyat əməkdaşlarına qarşı sui-qəsd formasında aktlar həyata keçirməyi planlaşdırdığı qeyd edilib.