Əl-Qaidə terror qruplaşmasının lideri Üsamə Bin Ladenin oğlu olduğu iddia edilən Həmzə Bin Laden atasının ölümünə görə ABŞ hökumətindən intiqam alacağını bəyan edib.
ANS PRESS-in məlumatına görə, internetdə yayılan video görüntülərdə Həmzə Bin Laden Vaşinqtonun bu qərarında bütün amerikalıları günalandırıb.
Əl-Qaidə liderinin oğlu onu da bəyan edib ki, terror qruplaşması ABŞ-a qarşı “Müqəddəs müharibəni” davam etdirəcək.
“Siz Abbotabaddakı cinayətinizin cavabsız qalacağını düşünürsünüzsə yanılırsınız”,-deyə Həmzə Bin Laden yaydığı videodakı çıxışında bildirib.
Xatırladaq ki, Üsamə Bin Laden 2011-ci ilin mayında Pakistanın Abbotabad şəhəri yaxınlığında ABŞ xüsusi təyinatlılarının apardığı əməliyyatlar zamanı məhv edilib. Onun oğlu olduğu iddia edilən şəxsin hazırda harada yaşadığı məlum deyil.