Lider TV-nin tanınmış əməkdaşı futbol meydançasında vəfat etdi…

0
5

Lider TV-nin tanınmış əməkdaşı İlqar Qulusoy bu gün, təxminən 1 saat əvvəl vəfat edib.

O, dostları ilə “Azərbaycan” nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil başını tutaraq yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər isə, o, dünyasını dəyişib.

İlkin ehtimala görə, İlqar Qulusoy ürək tutmasından vəfat edib.

Hadisə yerinə çağırılan təcli yardımın həkimləri onun nəşini ekspertizaya aparıblar…

Onu da qeyd edək ki, İlqar Qulusoy ailəli idi. Onun 36 yaşı vardı…

Mərhuma Allahdan rəhmət, əzizlərinə səbr diləyirik!

Allah rəhmət eləsin!