Jurnalist Fikrət Fərəməzoğlunun nədə ittiham edildiyi məlum olub

0
6

Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.
Bu barədə “Report”a vəkil Nemət Kərimli məlumat verib.
O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb.