Bağdad qan gölünə döndü:ölənlərin sayı 126-ya çatıb

0
5

İŞİD terror təşkilatı tərəfindən Bağdadın mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 126-ya çatıb.

Azərtac xəbər verir ki, ölənlərin 25-i uşaqdır. Terror hadisəsi nəticəsində 147 nəfər xəsarət alıb.

Qeyd edək ki, son günlər İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatları davam etdirən hökumət qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib. Hökumət qüvvələri Mosul ətrafında üç kəndi İŞİD terrorçularından təmizləyib. Əməliyyatlar zamanı 29 terrorçu öldürülüb.