Azərbaycanlıların 120 manatlıq bayram süfrəsi

0
6

Ramazan bayramına artıq sayılı günlər qalıb. Bu bayramda xəstələrin, qocaların, kimsəsizlərin ziyarəti vacibdir. Vacib olan həm də evlərdə bayram süfrəsinin açılmasıdır. Təbii ki, hərə öz imkanı, cibinə görə.

Cib demiş bayram hazırlıqları üçün cibimizin imkan verib verməyəcəyini araşdırmaq üçün paytaxt bazarlarına üz tutduq. Başladıq iftar süfrəsinin olmazsa olması xurmadan. Paytaxt bazarlarında İran, Tunis, Mədinə, İsrail və digər yerlərdən gətirilmiş xurmalar almaq olar. Ölkələr kimi qiymətlər də fərqlidir – 3 manatdan 15 manata kimi.

Satıcılar deyir ki, tələbat əsasən İrandan gətirilən xurmalaradır.

Bayram süfrəsinin digər bir təamı olan plov üçün düyünün qiymətində ötən illə müqayiəsədə 1-2 manat artım var idi. Hindistandan gətirilən, bir kiloqramı 2,50 qəp olan düyülərə təlabat daha çoxdur. Yerli düyülərsə ötən illə müqayisədə bir qədər bahadır.

Qaysı, kişmiş , quru meyvələrin qiymətində də artım gözə çarpırdı. Bu da onunla əsaslandırılırdı ki, bu məhsullar əsasən xaricdən ölkəyə gətirilir, yəni yerli istehsal deyil. Bir sözlə alıcılar Ramazan süfrəsi üçün nəzərdə tutulan təamlardan xurmanın bir kilosunu 3-15 manata, düyünün bir kilosunu 2 manat 50 qəpik – 8 manata, qaysını 8-12 manata, kişmişi 5-9 manata, mal ətini 7 manata, qoyun ətini 10 manata, çərəzlərdən qoz fındığı 5-11 manata ala bilərlər.

Bunların üzərinə meyvə-tərəvəz, yağı da gəlsək o zaman görərik ki, 4 nəfərlik ailə üçün bayram süfrəsi orta hesabla 100-120 manata başa gəlir.