Milli Azadlıq Hərəkatı fəalı bıçaqlandı…

0
3

Aldığımız məlumata görə, Milli Azadlıq hərəkatı fəallarından olan Fərəməz Allahverdiyev (Novruzoğlu) dünən axşam naməlum şəxslər tərəfindən bıçaqlanıb. Hal-hazırda 1 saylı kliniki tibbi mərkəzin (keçmiş Semaşko) cərrahiyə bölməsinin reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağırdır.

Xatırladaq ki, Fərəməz Novruzoğlu Azərbaycan Milli Azadlıq Hərəkatının ən məşhur isimlərindən sayılır və bu fəaliyyətinə görə o vaxt SSRİ DTK-sı tərəfindən həbs edilərək, məşhur “Lefortovo” həbsxanasında saxlanılan bir neçə azərbaycanlıdan biridir.

Fərəməz Novruzoğlu siyasi fəaliyyətinə və mətbuatdakı yazılarına görə Azərbaycanda müstəqillik illərində də dəfələrlə məhkum həyatı yaşamalı olub. Sonuncu dəfə o, 2013-cü ildə həbs olunub, ancaq 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

Azadlığa çıxdıqdan sonra Fərəməz Novruzoğlu siyasi və mətbu fəaliyyətinə son qoyaraq, “Gənclik” metrostansiyasına yaxın ərazidə ərzaq mağazasında satıcı işləməyə başlamışdı…

Nicat