Mədət Quliyevin yanında sensasion iclas

0
3

“2014-cü ildə Kəlbəcərdə işğalçı Ermənistan hərbçiləri tərəfindən girov götürülən və qeyri-qanuni azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bununla əlaqədar müvafiq beynəlxalq təşkilatlar qarşısında əsaslandırılmış tələblər qaldırılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb.

M. Quliyev bildirib ki, aprel hadisələri ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu gücləndirilmiş iş rejimində çalışıb: “Həmin hadisələrlə əlaqədar 19 Ermənistan hərbçisinin meyiti qarşı tərəf verilib, şəhid olmuş 13 Azərbaycan hərbçisinin meyiti alınıb”.

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov ikin düşmüş şəxslərlə əlaqədar bu ilin 6 ayı ərzində aparılmış axtarış-araşdırma və siyahılarda dəqiqləşdirmə işləri, həmçinin aprel humanitar proseslərin təşkili barədə danışıb: “İtkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə mövcud olan siyahıda fərqin aradan qaldırılması sahəsində işlər davam etdirilib. 213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb. 2016-cı il iyulun 1-ə olan məlumata görə, 3803 nəfər hazırda itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Ötən ilin sonunda Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyasının itkin düşmüş şəxslərlə əlaqədar təqdim etdiyi siyahılarda fərq 300 nəfərdən 85 nəfərə qədər azalıb”.

İşçi Qrupunun rəhbəri nəzərə çatdırıb ki, bu ilin iyununda Ermənistan ərazisində saxlanılmış Qətibə Ələkbərova azad edilib: “Ümumilikdə, 1 iyul 2016-cı il tarixə olan məlumata görə, 1436 nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Hesabat dövründə İşçi Qrupu tərəfindən münaqişə zamanı şəhid olan və tanınmadan dəfn edilən meyitlərə aid məzar yerlərinin CPS koordinaitlarının çıxarılması işinə də start verilib. 127 naməlum məzar yeri müəyyənləşdirilərək koordinatları təsbit olunub”.