Rusiya prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fərman imzalayıb.
Sənədin mətni Kremlin saytında yerləşdirilib.
Fərmana əsasən, hökumətə iki ölkə arasında çarter reyslərinin bərpa edilməsi məsələləri ilə məşğul olmaq tapşırılıb.
Bundan başqa, Rusiya Nazirlər Kabineti Türkiyə tərəfi ilə iki ölkə arasında xarici iqtisadi əlaqələrə dair danışıqlar aparmalıdır.